3 mart 2024 at 10:41
Jurnalist kodu: 5487
Xəbər kodu: 85406352
T T
0 Persons
Təhlükəsizlik Şurası Qəzzaya yardımın artırılmasını tələb edən bəyanat yayıb

Tehran - İRNA - BMT Təhlükəsizlik Şurası bəyanat yayaraq sionist rejimin fələstinli mülki əhalinin humanitar yardımların paylanması məntəqəsində toplanmasına son hücumundan narahatlığını bildirib və Qəzzaya yardımların artırılmasını istəyib.

BMT Təhlükəsizlik Şurasının üzvləri bəyanat yaymaqla fələstinli mülki vətəndaşların dəstəklənməsi və Qəzza zolağının infrastrukturunun qorunması üçün lazımi tədbirlərin nəzərdə tutulmasının vacibliyini vurğulayıblar.

Təhlükəsizlik Şurasının üzvləri sionist rejim ordusunun ərzaq paylama məntəqəsinə hücum etməsi və yüzdən çox dinc fələstinlinin şəhid olması hadisəsinə münasibət bildirərək yalnız bu rejimin son cinayətindən narahat olduqlarını ifadə ediblər və əhaliyə yardım çatdırılmasını istəyiblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .